Hadisə

Dubayda xəsarət alan vətəndaşımız Azərbaycana qayıdır

11 Mart 2026 16:15
Baxış: 546
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaxın Şərqdə hərbi eskalasiyanın ilk günlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində xəsarət alan və xəstəxanaya yerləşdirilən Azərbaycan vətəndaşının müalicəsi yekunlaşıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, xəsarət alan vətəndaşımız bu gün xəstəxanadan buraxılıb. 

Azərbaycanın Dubay şəhərindəki baş konsulluğu vətəndaşımızı və ailə üzvünü hava limanına yola salıb. 

Onun bu gün Dubay şəhərindən müntəzəm reyslə ölkəmizə geri qayıdışı nəzərdə tutulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.