Dünya

180 övladı olan kişi şəxsi həyatından danışdı - FOTO

15 Sentyabr 2024 03:03
Baxış: 1 010
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Tənha Co" kimi tanınan britaniyalı son 14 ildə 180 uşaq atası olub, hamilə qalmaqda çətinlik çəkən qadınlara kömək edib. O, müştərilərinə kömək etmək üçün müxtəlif üsullardan istifadə edir: onlarla intim münasibətə girir və ya biomaterialını kuryerlər vasitəsilə göndərir, bəzən də şəxsən çatdırır.

Milli.Az lent.az-a istinadən bildirir ki, tanıdığı 180 uşaqdan 60-ı ilə görüşə bilib, bəziləri ilə yaxından əlaqə saxlayır və mütəmadi olaraq görüşür, bəziləri ilə yazışma və ya uzaqda yaşayırlarsa telefonla əlaqə saxlayır.

"Mənim üçün vacibdir ki, övladlarımın doğulduğu qeyri-adi şəraitə baxmayaraq, axtarışda olduqlarını bilsinlər" deyə Co bildirib.

Maraqlıdır ki, Co Cənubi Amerikada yaşayan bəzi övladlarına da aliment ödəyir, lakin çoxluğuna görə onların hamısını dəstəkləmək iqtidarında olmadığını etiraf edir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.