Dünya

Rusiya buna görə ürəklənib, Ukraynaya hücum etdi

19 İyul 2024 15:45
Baxış: 852
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynada baş verənlərə baxın: Bu, qoşunların Əfqanıstandan fəlakətli şəkildə çıxarılması ilə başladı. Bu uğursuzluqdan ruhlanan Rusiya Ukraynanı işğal etdi. Onlar gördülər ki, bu adamlar (indiki Amerika administrasiyası) səriştəsizdirlər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp deyib.

Onun sözlərinə görə, Amerika qoşunlarını Əfqanıstandan çıxarmaqla zəiflik göstərib və bundan istifadə edən Rusiya Ukraynaya hücuma keçib.

Tramp qoşunların Əfqanıstandan çıxarılmasını ABŞ tarixində "ən böyük təhqir" adlandırıb.

"Biz geridə 85 milyard dollar dəyərində hərbi texnika və çoxlu Amerika əsgəri qoyduq", - deyə o vurğulayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.