Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı baş tutub.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyə XİN-dən diplomatik mənbə bildirib.
Danışıq ABŞ tərəfinin xahişi ilə baş tutub.
Tərəflər Qəzzada humanitar böhran və regional təhlükəsizliklə bağlı məsələləri müzakirə edib.
Milli.Az