Dünya

Ermənistanda hərbi hissə komandiri saxlanıldı - 250 min manatlıq yeyinti

6 Oktyabr 2023 22:45
Baxış: 866
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi 2017-ci ildə ordunun ehtiyacları üçün müsabiqə əsasında antifrizin satın alınması zamanı 60 milyon dram (təxminən 249 min manat) məbləğində vəsaiti mənimsəmə ittihamı ilə hərbi hissə komandirini və müsabiqə komissiyasının 6 üzvünü saxlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumata görə, hərbi hissə komandiri və daha 3 nəfər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə vəsatət göndərilib.

Həmçinin, təchizatçı şirkət olan "Mosesko" MMC-nin direktoru da həbs edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.