Dünya

İranda daha iki jurnalist azadlıqdan məhrum edildi - FOTO

1 Avqust 2023 17:54
Baxış: 560
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tehran İnqilab Məhkəməsi Səidə Şəfii və Nəsim Sultanbeygi adlı iki jurnalistə həbs cəzası verib.

Milli.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib.

Səidə Şəfii sosial media hesabında bununla bağlı paylaşım edərək bildirib ki, özü və həmkarı Nəsim Sultan Beygiyə qarşı "hökumət əleyhinə təbliğat aparmaq" və "rejimə qarşı toplaşmaq və əlbir olmaq" ittihamları irəli sürülüb.

Məlumata görə, hər iki jurnalistə dörd il üç ay həbs cəzası verilib və iki il müddətinə ölkəni tərk etmələrinə qadağa qoyulub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.