Dünya

Qələbə Gününün tarixi dəyişdi

13 İyun 2023 08:36
Baxış: 1 338
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Prezidenti Volodimir Zelenski "1939-1945-ci illər İkinci Dünya Müharibəsində Nasizm üzərində Qələbə və Anım Günü haqqında" qanunu imzalayıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bundan sonra Ukraynada bu tarix mayın 8-də qeyd olunacaq.

Bildirilib ki, Ukrayna Avropa dövləti kimi nasizmə qarşı vuruşmuş hər kəsin xatirəsini ehtiramla yad edir.

Qeyd edək ki, buna qədər İkinci Dünya Müharibəsində həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq faşist Almaniyasının təslim olduğu gün hər il mayın 9-u keçirilirdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.