Dünya

Taksi sürücüsü küçənin ortasında dəhşət saçdı: bir nəfəri öldürdü, birini isə...

3 İyun 2023 21:02
Baxış: 1 025
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Samsun şəhərində dəhşətli hadisə baş verib. 

Milli.Az musavat.com-a istinadən bildirir ki, taksi sürücüsü ilə iki qardaş arasında küçənin ortasında bıçaq və çubuqla başlayan dava qətllə nəticələnib.

Hər kəsin gözü qarşısında baş verən hadisədə taksi sürücüsü tərəfindən bıçaqlanan 2 uşaq atası olan gənc həyatını itirib.

Özəl xəstəxanaya aparılan Emin K.-ni bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb. Onun qardaşı Y.K.-nin isə yüngül xəsarət aldığı öyrənilib.

Polis tərəfindən saxlanılan taksi sürücüsü C.D. də çubuqla döyülməsi nəticəsində yaralanıb. Taksi sürücüsü də xəstəxanada müalicə olunduqdan sonra ifadəsi alınmaq üçün Samsun Polis İdarəsinə aparılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.