Meksikada "Pemex" neft-qaz şirkətinin boru kəmərində baş vermiş güclü partlayış nəticəsində 7 nəfər xəsarət alıb.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Meksikanın "Milenio" qəzeti məlumat yayıb.
Qəzet qaz kəmərinin şəxsi təsərrüfat sahəsində partladığını yazır. Partlayışdan sonra alov sütunu 20 metrə çatıb. Hadisə yerində neft-qaz şirkətinin mütəxəssisləri, xilasedicilər, yanğınsöndürənlər və Təhlükəsizlik Nazirliyinin əməkdaşları işləyir.
Yaxınlıqdakı evlərin sakinləri üçün müvəqqəti sığınacaq təşkil edilib.
Milli.Az