Qaz kəmərinin partlaması nəticəsində 7 nəfər xəsarət alıb

25 May 2023 08:00

Meksikada "Pemex" neft-qaz şirkətinin boru kəmərində baş vermiş güclü partlayış nəticəsində 7 nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Meksikanın "Milenio" qəzeti məlumat yayıb.

Qəzet qaz kəmərinin şəxsi təsərrüfat sahəsində partladığını yazır. Partlayışdan sonra alov sütunu 20 metrə çatıb. Hadisə yerində neft-qaz şirkətinin mütəxəssisləri, xilasedicilər, yanğınsöndürənlər və Təhlükəsizlik Nazirliyinin əməkdaşları işləyir.

Yaxınlıqdakı evlərin sakinləri üçün müvəqqəti sığınacaq təşkil edilib.

Milli.Az