Dünya

BMT müraciət yaydı: Əhali artımı azalan sürətlə də olsa...

15 May 2023 21:35
Baxış: 1 206
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Birləşmiş Millətlər Təşkilatı (BMT) 15 may - Beynəlxalq Ailə Günü ilə əlaqədar müraciət yayıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, BMT-nin yaydığı müraciətdə qeyd olunur:

"2022-ci ilin sonunda dünya əhalisinin sayı 8 milyard nəfərə çatıb. Birləşmiş Millətlər Təşkilatının Baş katibi tərəfindən "insan inkişafında mərhələ" kimi səciyyələndirilən bu əlamətdar hadisə insan ömrünü uzadan sağlamlıq sahəsində böyük irəliləyişləri nümayiş etdirir. Əhali artımı azalan sürətlə də olsa davam etməlidir. Dünya əhalisinin sayının 2050-ci ildə 9,8 milyard, 2100-cü ildə isə 11,2 milyard nəfərə çatacağı proqnozlaşdırılır, eyni zamanda, davamlı urbanizasiya perspektivləri və iqlim dəyişikliyinin idarə olunması ilə bağlı narahatlıqlar da artır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.