Ukrayna hazırda cəbhə xəttində ehtiyac duyulan hərbi yardımın yeni partiyasını almaq üçün tərəfdaşları ilə işləyir və yaxın gələcəkdə bunu gözləyir.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.
O bildirib ki, bu yardım xüsusilə Ukrayna ordusunun gücü və Ukrayna səmasının qorunması üçün lazımdır:
"Bu həftə başa çatmaq üzrədir - Ukrayna üçün çox məhsuldar həftədir. Və bu günlərdə biz may və iyun aylarında yeni tədbirlərə fəal hazırlaşırıq", - o bildirib.
Milli.Az