Dünya

Rusiya döyüş gəmilərini Qara dənizdən çəkdi

26 Fevral 2023 19:41
Baxış: 882
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın raket hücumlarının tezliyinin azalması düşmənin ukraynalıları intensiv hücum barədə arxayın salıb, sonra isə yenidən şiddətli zərbə endirmə taktikası ola bilər.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Cənub Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirmə Mətbuat Mərkəzinin rəhbəri Natalya Qumenyuk bildirib.

Onun sözlərinə görə, indi Qara dənizdə bir dənə də olsun raketdaşıyıcı yoxdur, lakin bu o demək deyil ki, düşmən hücuma keçmək niyyətində deyil.

O bildirib ki, fırtınalı hava səbəbindən Rusiya gəmilərinin döyüşü çətinləşir:

"Çünki biz müşahidə etdik ki, ötən sutka ərzində aviasiyanın fəaliyyəti ilə əlaqədar onlar bir reaktiv daşıyıcını, səkkiz kalibrli freqatı geri çəkiblər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.