Əgər Rusiyaya qarşı olanları dünya birliyi adlandırsaq, onda Ukraynadakı konflikti Üçüncü Dünya müharibəsi saymaq olar.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu açıqlama ilə Çeçenistan rəhbəri Ramzan Kadırov çıxış edib.
"Bu gün Ukraynadakı münaqişədə iştirak edən Avropa dövlətlərini götürsək - bunlar NATO və digər əlaqəli dövlətlərdir - və bu dövlətləri dünya birliyi adlandırsaq, onda demək olar ki, bu, Üçüncü Dünya müharibəsidir", - deyə Kadırov bildirib.
Bununla bərabər, o qeyd edib ki, hərbi əməliyyatlarda Çin, Hindistan, Pakistan kimi iri dövlətlər iştirak etmir.
Milli.Az