Dünya

Qazaxıstanda “McDonald's” lövhələri belə söküldü - VİDEO

6 Yanvar 2023 19:50
Baxış: 1 276
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"McDonald's" restoranlar şəbəkəsi Qazaxıstanda sözügedən brend altında fəaliyyətini dayandırıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı şirkətin Qazaxıstan nümayəndəliyinin Mətbuat xidməti yayıb.

Məlumata görə, restoranların bağlanmasına səbəb məhsul təchizatına mane olan müəyyən məhdudiyyətlər olub.

Yaxın zamanlarda restoranlar şəbəkəsinin Qazaxıstanda yeni adla restoranlar açması barədə məlumat veriləcəyi gözlənilir.

Bununla yanaşı, ölkədə artıq restoranlardan "McDonald's"ın lövhələrinin sökülməsinə başlanılıb.

Qeyd edək ki, ötən ilin noyabrın 18-i "McDonald's" Qazaxıstanda öz işini müvəqqəti olaraq dayandırdığını açıqlamışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.