Dünya

SON DƏQİQƏ! Putin MÜHÜM FƏRMAN imzaladı - Bu ölkələr...

31 Dekabr 2022 14:27
Baxış: 2 334
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiya prezidenti Vladimir Putin qərb ölkələrinə Rusiyaya olan qaz borclarını xarici valyutada ödəməyə icazə verən fərman imzalayıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki,Rusiya lideri daha əvvəl "dost olmayan" Qərb ölkələrinin Rusiyaya qaz ödənişlərini rus valyutası olan rublla həyata keçirməsi haqqında fərman imzalamışdı.

Kremlin rəsmi saytında dərc edilən yeni fərmana görə, tədarükçülərin Rusiyaya müraciəti əsasında bankda xüsusi hesab açılacaq və tədarükçülər Rusiyaya ödənişlərini dollar və ya avro ilə ödəyə biləcəklər. Fərmanda yer alan başqa bir bəndə görə, "dost olmayan" ölkələrin qaz borcunu dollar və ya avro ilə ödəməsi Rusiya qazının yenidən bu ölkələrə daşınmağa başlayacağı anlamına gəlmir.

Qeyd edək ki, Rusiya liderinin "dost olmayan" Qərb ölkələrinin Rusiyaya qaz ödənişlərini rus valyutası ilə həyata keçirməsi haqqında qərarına əməl etməyən Hollandiya, Polşa, Bolqarıstan kimi ölkələrə qaz nəqli və qərb neft şirkətlərinə daşınmalar dayandırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.