Dünya

Oğlan istədiyi qızın atasını döydü - Səbəb təəccübləndirir

2 Dekabr 2022 20:52
Baxış: 1 209
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanın Karnataka ştatının Appinangadi şəhərində polis hücuma görə 4 nəfəri həbs edib.

Milli.Az "Varta Bharati"yə istinadən bildirir ki, hücumun səbəbi hindistanlının qızını cinayətkarlardan birinə ərə verməkdən imtina etməsi olub.

Noyabrın 25-i cümə günü axşam saatlarında altı nəfər Beari ailəsinin evinə soxulub. Onların əksəriyyəti daş və çubuqlarla silahlanıb. Quldurlar qurbanları döyüb, qışqıraraq hədələyiblər. Ailənin atası Usman Beari yaxınları üçün ayağa qalxanda Nizamuddin adlı şəxs bıçaqla onun sinəsindən zərbə endirib.

Usmanın 38 yaşlı həyat yoldaşı Tahira hadisə barədə polisə məlumat verib. Polis hücumda şübhəli bilinən 4 nəfəri həbs edib. Daha iki şübhəli axtarışdadır. Usman Beari xəstəxanaya aparılıb. Polisin məlumatına görə, əvvəllər Nizamuddin Usman Bearinin qızı ilə evlənmək istədiyini bildirib, amma qızın atası imtina edib. Uğursuz bəy əsəbiləşərək dəstə toplayıb və qisas almaq qərarına gəlib.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.