Dünya

Lift xarab olduğu üçün turistlər yerin 60 metr altında qalıb

26 Oktyabr 2022 20:36
Baxış: 791
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lift xarab olduğu üçün 5 turist Böyük Kanyonun (ABŞ) yeraltı mağarasından çıxa bilmir.

Milli.Az bildirir ki, bu barədə "NBC News" yazıb.

Qeyd olunub ki, turistlər bazar günü, oktyabrın 23-də axşam saatlarında liftlə yer səthinə çıxa bilmədiklərini, səhhətlərində yaranan problemlərin onlara pilləkənlərdən istifadə etməyə imkan vermədiyini görəndə sıxışıb qalıblar. Arizona ştatının Kokonino dairəsi şerif ofisinin sözçüsü bildirib ki, bazar ertəsi, oktyabrın 24-də onlar lifti xarici generatora qoşmağa cəhd ediblər, lakin nəticəsi olmayıb. Mütəxəssislər problemin həlli üzərində işləməyə davam edirlər.

Turistlərin sıxışdığı Böyük Kanyon mağarası altı nəfərlik otel otağı ilə təchiz olunub. Lüksda iki böyük ölçülü çarpayı, hamam otağı və mikrodalğalı soba və mini soyuducu ilə mini mətbəx var. Yerin 60 metr altında bir oteldə gecələmək iki nəfər üçün 1000 dollara başa gəlir.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.