Dünya

"Biz qəti şəkildə münaqişə və müharibəyə qarşıyıq" - Rəisi

19 Oktyabr 2022 22:22
Baxış: 844
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İran Prezidenti İbrahim Rəisi ilə Polşa Respublikasının Prezidenti Andrjey Duda arasında telefon danışığı baş tutub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Rəisi bildirib ki, Rusiya-Ukrayna müharibəsində İranın mövqeləri ilə bağlı iddialar əsassızdır: "Bütün bunlar Qərb dövlətlərinin və ABŞ-ın qərəzli siyasətindən qaynaqlanır".

"İran Avropada müharibəyə son qoymaq üçün diplomatik sahədə də daxil olmaqla, bütün imkanlarından istifadə etməyə hazırdır. Biz qəti şəkildə münaqişə və müharibəyə qarşıyıq", - o əlavə edib.

Polşa prezidenti Andrjey Duda isə ölkəsinin İranla uzunmüddətli dostluq əlaqələrinə toxunaraq, İran xalqının İkinci Dünya Müharibəsi zamanı Polşa qaçqınlarına qarşı qonaqpərvərliyini iki ölkə arasında dostluğun dərinliyinin əlaməti hesab etdiyini bildirib.

Polşa prezidenti İranın həmişə dünyada sülh və sabitliyin genişləndirilməsi və möhkəmləndirilməsinə çalışdığını bildirərək, iki ölkə arasında ikitərəfli və beynəlxalq arenada əməkdaşlıq səviyyəsinin yüksəldilməsinə çağırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.