Dünya

Üzə bilməyən kişi iki oğlunu xilas etmək istəyib, gözləri qarşısında boğulub

5 Oktyabr 2022 06:28
Baxış: 1 898
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avstraliyanın cənub-qərbindəki çimərlikdə turist kişi iki oğlunu sudan çıxarmaq istəyərkən boğulub.

Milli.Az bildirir ki, bu barədə "Daily Mail" yazır.

Faciə şənbə günü, oktyabrın 1-də Yallinqup çimərliyində baş verib. Adı açıqlanmayan 50 yaşlı kişi iki yeniyetmə oğlu ilə birlikdə Pertdən tətilə gəlib. Bir müddət sonra ataya elə gəlib ki, dənizə üzməyə gedən övladları boğulur - turist üzə bilməməsinə baxmayaraq, dərhal qaçaraq oğlanları sudan xilas etməyə qaçıb.

Suda avstraliyalı panikaya düşüb və oğullarının gözü qarşısında boğulmağa başlayıb. Kişini çimərliyə gələnlər sahilə sürükləyiblər, lakin artıq gec olub - o ölüb. Hadisə zamanı yeniyetmələr xəsarət almayıb.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.