Dünya

İrəvanda partlayış zamanı nazirin müşavirinin avtomobilinin şüşəsi sındırılıb, pulqabı oğurlanıb

19 Avqust 2022 07:35
0 Şərh     Baxış: 902
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın paytaxtı İrəvanın "Sürməli" ticarət mərkəzində baş verən yanğın zamanı fövqəladə hallar nazirinin müşavirinin avtomobilinin şüşəsi sındırılıb, pulqabı oğurlanıb.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Ayk Kostanyan məlumat verib.

Onun sözlərinə görə, hadisə partlayışın ilk günündə baş verib.

Xatırladaq ki, avqustun 14-də "Sürməli" ticarət mərkəzində baş verən partlayış nəticəsində 16 nəfər ölüb, 1 nəfər itkin düşüb. Zərərçəkənlərin ümumi sayı 62 nəfərdir.

Hazırda yaralılardan 4-nün müalicəsi müxtəlif xəstəxanalarda davam etdirilir, səhhətləri qənaətbəxş qiymətləndirilir.

Dağıntılar altından 21 avtomobil çıxarılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.