Dünya

Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini açıqlayıb

17 Avqust 2022 12:07
1 Şərh     Baxış: 893
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ukraynada müharibə başlayandan bəri Rusiya ordusunun 44 100 hərbçisi məhv edilib".

Milli.Az "report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 1 886 tank, 4 162 zirehli döyüş maşını, 993 artilleriya sistemi, 263 reaktiv yaylım atəşi sistemi, 136 hava hücumundan müdafiə sistemi, 233 təyyarə, 196 helikopter, 792 PUA, 190 qanadlı raket, 15 gəmi, 3 054 avtomobil texnikası və avtosistern, 93 xüsusi texnikadan ibarətdir.

Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukrayna ərazisinə hərbi müdaxilə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.