Dünya

Ukraynanın Kiyev vilayətində 1 348 mülki şəxsin meyiti aşkarlanıb

1 Avqust 2022 08:30
0 Şərh     Baxış: 1 065
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İyulun 31-nə olan məlumata görə, Ukraynanın Kiyev vilayətində Rusiya hərbçiləri tərəfindən öldürülmüş 1 348 nəfər yerli sakinin meyiti aşkarlanıb, daha 300 nəfər itkin düşüb.

Milli.Az "report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin Kiyev vilayəti üzrə Baş İdarəsinin rəisi Andriy Nebitov bildirib.

"Bu gün təəssüf ki, Rusiya Federasiyasının təcavüzü nəticəsində həlak olmuş 1 348 mülki vətəndaşın meyitini aşkarlamışıq", - o, milli telemarafonun efirində deyib.

Nebitov qeyd edib ki, mülki şəxslərin üzərində işgəncə izləri olan meyitlərinin aşkarlanması halları heç də az deyil.

"(Rusiya hərbçilərinin - red) mövqelərinin yaxınlığında aşkarlanan 7 nəfərin meyitinin olduğu sonuncu kütləvi məzarlıqda onların hamısı başlarına atəş açılmaqla öldürüldüyü müəyyən eidlib, lakin bundan əvvəl dizlərindən güllələniblər: bir, hətta iki güllə ilə. Və bəzilərinin əlləri bağlı olub", - Kiyev vilayətinin polis rəisi bildirib.

Onun sözlərinə görə, şəxsiyyətləri müəyyənləşdirilənlər mülki şəxslərdir, onların nə müdafiəyə, nə də hər hansı hərbi hissəyə aidiyyəti var. "Buna görə də söhbət Rusiya ordusu tərəfindən Ukrayna xalqının qəsdən soyqırımından gedir", - o qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.