Dünya

"Rusiyanın 120 günlük müharibə planı var"

12 İyun 2022 14:52
1 Şərh     Baxış: 1 425
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Ukraynada 120 günlük müharibə planı var və sonrakı düzəlişləri şərqdəki uğurdan asılı olacaq.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu məlumatı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski verib.

"Rusiyanın Baş Qərargahı cəbhədəki uğursuzluqlar səbəbindən hər 30 gündən bir hədəflərində dəyişikliklər edir. Bununla belə, işğalçıların hələ də dövlətimizə qarşı uzunmüddətli müharibə aparmaq potensialı var.

Rusların 120 günlük müharibə planı olması barədə məlumatları təsdiqləmişik. Bu planın sonrakı korreksiyası düşmənin nə qədər uğurlu olmasından və ya əksinə, Ukraynanın şərqindəki vəziyyətdən asılı olacaq. Lakin Putinin müharibənin əvvəlində elan etdiyi xüsusi hərbi əməliyyat adlanan məqsədə ruslar nail ola bilmədi", - Skibitski qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.