Dünya

Ukraynada çətənə leqallaşdırılır

8 İyun 2022 09:07
0 Şərh     Baxış: 713
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna hökuməti çətənənin tibbi, sənaye məqsədləri, elmi və elmi-texniki fəaliyyətlər üçün dövriyyəsini tənzimləyəcək qanun layihəsini dəstəkləyib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Səhiyyə Nazirliyi 50-dən çox patoloji xəstəliyin gedişatını yüngülləşdirmək üçün Ali Radanın bu sənədin qəbuluna dəstək verəcəyini gözləyir.

Bu barədə Ukrayna Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirlib ki, qanun layihəsinin qəbulu çətənər əsaslı narkotik vasitələrin dövriyyəsinin tənzimlənməsi sahəsində qabaqcıl təcrübənin daha da geniş tətbiqinə imkan verəcək.

Mətbuat xidməti onu da qeyd edib ki, çətənə əsaslı dərmanlar palliativ yardımda xərçəng xəstələrində simptomlar kompleksini, o cümlədən ağrıları azaltmaq, qidalanma pozğunluqlarını və yuxunu yüngülləşdirmək üçün istifadə olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.