Dünya

Çadda fövqəladə vəziyyət elan edilib

4 İyun 2022 08:58
0 Şərh     Baxış: 676
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyanın ən kasıb ölkələrindən olan Çad Respublikası Ukraynada hərbi əməliyyatlar nəticəsində yaranmış böhrana görə ərzaq problemi ilə üzləşib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hökumət bu səbəbdən ölkədə fövqəladə vəziyyət elan edib.

Mərkəzi Afrika ölkəsindəki mövcud ərzaq problemi taxıl ixracının blokadaya düşməsi ilə daha da gərginləşib.

Çad hökuməti beynəlxalq tərəfdaşlarından ona yardım göstərməyi xahiş edib.

Ukraynada gedən hərbi əməliyyatlar dənli bitkilərin və yağların qiymətlərinin kəskin artmasına səbəb olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.