Dünya

Pentaqon Rusiya ilə toqquşma ehtimalının artdığını açıqlayıb

22 May 2022 11:15
0 Şərh     Baxış: 968
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin rəhbəri general Mark Milley bildirib ki, dünya gücləri arasında münaqişə riski artıb.

Milli.Az APA-ya istinadən bildirir ki, o bu barədə "Milley West Point" hərbi akademiyasının məzunları qarşısında çıxış edərkən danışıb.

"Biz indi iki dünya gücü ilə - Rusiya və Çinlə üz-üzəyik. Bu ölkələrin hər biri əhəmiyyətli hərbi potensiala malikdir və hazırkı qaydalara əsaslanan nizamı dəyişməkdə qərarlıdır", - deyə general bildirib.

Mark Milleyin sözlərinə görə, Birləşmiş Ştatlar getdikcə qeyri-sabit dünyaya qədəm qoyur:

"Dünya böyük güclər arasında beynəlxalq münaqişə potensialına malikdir. Bu potensial azalmaqda deyil, artmaqdadır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.