Dünya

Gürcüstanda COVID-ə daha 148 yoluxma qeydə alınıb

30 Aprel 2022 13:18
0 Şərh     Baxış: 988
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 148 yoluxma halı qeydə alınıb, 2 nəfər ölüb.

Bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında qeyd olunub.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 654 945, ölənlərin sayı isə 16 807 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 1 636 800 nəfərin sağaldığı bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.