Dünya

Dnepropetrovsk vilayəti atəşə tutulub

29 Aprel 2022 12:06
0 Şərh     Baxış: 811
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aprelin 29-da səhər saatlarında Rusiya Dnepropetrovsk vilayətinin Bolşaya Kostromka və Maryanskoye kəndlərini "Qrad"lardan atəşə tutub.

Milli.Az bildirir ki, bu haqda Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Valentin Rezniçenko Telegram-da məlumat verib.

"Gecə az-çox sakit idi. Səhər saatlarında işğalçılar Qradlardan Bolşaya Kostroma və Maryanskoyeni yenidən atəşə tutdular. Yardımçı tikililərə qarmaq vuruldu", - o deyib.

Administrasiyasının rəhbəri qeyd edib ki, ilkin məlumatlara görə, xəsarət alan olmayıb. Amma bu məlumat hələ də dəqiqləşdirilir.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.