Dünya

Ukrayna hərbçiləri bu əraziyə nəzarəti bərpa edib

29 Aprel 2022 08:20
0 Şərh     Baxış: 917
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna hərbçiləri Xarkov vilayətinin Kutuzovka kəndi üzərində nəzarəti tamamilə bərpa ediblər.

Milli.Az "report"-a istinadən bildirir ki, bu barədə Ukrayna Ordusunun Baş Qərargahının məlumatında deyilir.

Qeyd edilir ki, Rusiya Slobojan istiqamətində, Belqorod vilayəti ərazisində əlavə hərbi qüvvələr və texnika yerləşdirib.

Baş Qərargahdan verilən məlumata görə, düşmən şəxsi heyətin və hərbi texnikanın xeyli itkisi səbəbindən döyüş qabiliyyətini bərpa etmək üçün Hərbi Hava Desant Qüvvələrinin tabor taktiki qrupunu Rusiya Federasiyasına göndərib.

Qeyd edilir ki, Rusiya ordusu pilotsuz uçuş aparatları ilə hava kəşfiyyatını davam etdirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.