Rusiyanın tanınmış türkoloqu, M.V Lomonosov adına Moskva Dövlət Universitinin Asiya və Afrika Ölkələri İnstitutunun prezidenti Mixail Meyer vəfat edib.
Milli.Az APA-ya istinadən bildirir ki, Rusiyanın türkologiya məktəbinin banilərindən biri, Osmanlı tarixi üzrə mütəxəssis professor Meyer 86 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Mixail Meyer qondarma erməni soyqırımının olmadığını, 1915-ci il hadisələrinə Osmanlı İmperiyasının faciəsi kimi yanaşmalı olduğunu bildirən elm adamı olub.
Milli.Az