Vəfa Şərifova Afət Fərmanqızı ilə arasındaki gərginliklə bağlı açıqlama verib.
Milli.Az xəbər verir ki, müğənni mübahisənin səbəbinin mahnı olmadığını bildirib. Onun sözlərinə görə, konflikt şəxsi məsələ - keçmiş əri ilə bağlı mövzu üzərindən yaranıb.
Vəfa Şərifova qeyd edib ki, bir çox qadın sənətçilərin övladının atası ilə əvvəllər problemləri olub və bu məsələlər sonradan ona da təsir edib:
"Ümumiyyətlə, qadın sənətçilərin çoxunun mənim uşağımın atası ilə bir yaşanmışlığı, problemi olub. Ondan sonra mənə keçiblər. Mənimlə bağlı bir şey olmayıb" .
Xatırladaq ki, bir müddət əvvəl Vəfa Şərifova ilə Afət Fərmanqızı arasında gərginlik yaşanıb.
Fidan
Millli.Az





