Yeni il bayramlarında mandarin süfrələrin əvəzolunmaz atributuna çevrilir. Lakin rusiyalı endokrinoloq Anna Oderiy xəbərdarlıq edir ki, həddindən artıq mandarin yemək sağlamlığa zərər verə bilər.
Milli.Az xəbər verir ki, sağlam bir yetkin üçün gündə 2-4 ədəd (150-250 qram) mandarin kifayətdir. Həzm və şəkər mübadiləsi yaxşı olanlarda 4-6 ədəd də təhlükəsiz hesab olunur.
Həkim bildirir ki, mandarin allergen ola bilər, xüsusilə atopiya və allergiya meyilli insanlarda qaşınma, səpkilər, şişkinlik və həzm problemləri yarada bilər. İçərisindəki turşular mədə-bağırsağa təsir edə, ürək yanması, şişkinlik, qarın ağrısı və ishal kimi simptomlara səbəb ola bilər.
Mandarini əsas yeməkdən sonra yemək, porsiyanı 1-2 ədəd ilə məhdudlaşdırmaq və bədənin reaksiyasına diqqət yetirmək vacibdir. Həmçinin şəkər və fruktoza miqdarına diqqət etmək, dişləri qorumaq üçün isə yeməkdən sonra su ilə ağızı yaxalamaq, dərhal diş fırçalamamaq tövsiyə olunur.
Həkim xatırladır ki, düzgün porsiya və qaydalarla mandarindən həm fayda görmək, həm də sağlamlığa zərər verməmək mümkündür.
İsmayıl
Milli.Az





