Məşhur fransız futbolçu Kərim Benzema sevgilisi üçün Parisin ən nüfuzlu məkanlarından birində unudulmaz romantik axşam təşkil edib. Futbol ulduzu Luvr muzeyini 12 min dollardan çox məbləğ ödəyərək xüsusi olaraq icarəyə götürüb.
Milli.Az xəbər verir ki, Benzema aktrisa Lina Kudri ilə birlikdə dünyanın ən məşhur muzeylərindən birində axşam gəzintisi edib. Cütlük muzeyin zallarını yalnız özləri üçün açdıraraq sənət əsərlərindən həzz alıb. Bu qeyri-adi jest sosial şəbəkələrdə və mediada geniş müzakirələrə səbəb olub, milyonlarla azarkeşin diqqətini cəlb edib.
"Real Madrid"ə mümkün qayıdışı ilə bağlı şayiələrə baxmayaraq, Kərim Benzema Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubu ilə 2028-ci ilə qədər müqavilə imzalayıb. Onun yeni klubdakı çıxışı azarkeşlər tərəfindən yüksək qiymətləndirilir.
Bundan əlavə, futbolçunun Fransa milli komandasına qayıda biləcəyi ilə bağlı yayılan məlumatlar onun dünya futbolundakı nüfuzunu bir daha önə çıxarır.
Forbes jurnalının məlumatına görə, Kərim Benzema dünyanın ən çox qazanan futbolçuları siyahısında üçüncü yeri tutaraq ilk üçlükdə yer alıb.
Romantik jestləri və uğurlu karyerası ilə Benzema həm meydanda, həm də meydandan kənarda diqqət mərkəzində qalmaqda davam edir.
Lalə Qüdrətova
Milli.Az





