Erzincan millət vəkili Mustafa Sarıgülün turizimçi oğlu Ömər Sarıgül və həyat yoldaşı, sosial şəbəkə fenomeni Revna Sarıgülün boşanma məsələsi günlərdir Türkiyə mediasını zəbt edib.
Milli.Az xəbər verir ki, Ömərin onun aldatdığını iddia edən Revna boşanmaq üçün məhkəməyə müraciət edib və ondan 1,5 milyard lirə (təxminən 59 719 674 manat) təzminat, aylıq 3,3 milyon lirə (təxminən 1,3 milyon manat) aliment istəyib.
Ömer Sarıgül isə bununla razılaşmayıb. Ömər Sarıgül məhkəməyə 10 milyon lirə təzminat və ayda 400.000 lirə aliment təklif edib. O, həmçinin evin istifadəsi, təmir xərcləri, elektrik enerjisi, su və təbii qaz xərclərini, eləcə də uşaqların təhsili və səhiyyə xərclərini ödəməyi öhdəsinə götürüb.
Qarşı tərəfin isə bununla razılaşıb razılaşmayacağı bəlli deyil. /Axşam.az
Milli.Az





