“Anamın mahnıları ilə tanındı, indi əlaqə saxlamır” - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Anamın sözlərinə yazılmış mahnıları Şövkət Ələkbərova, Flora Kərimova və s. kimi böyük sənətkarlar ifa edib. Mən onların hər birindən çox razıyam. Çox gözəl də təqdim ediblər. Daha sonra anamın silsilə mahnılarını Tünzalə Ağayeva oxuyub. Tünzalə xanım sənətə yeni gələndə başqa adam idi, indi əsl zəmanə adamı olub. O vaxt anamın sözlərinə mahnı oxuyanda bizimlə əlaqə saxladı, təşəkkür etdi. Biz də öz növbəmizdə ona təşəkkür etdik. Mən də nömrəsini bilirdim, o da tez-tez əlaqə saxlayırdı. Diski gətirib bizə də vermişdi. İndi isə heç bir əlaqə yoxdur. Bir şeir var, deyir ki, "nə qədər ki, aşağı idi hamı onun dostu idi, elə ki, başladı böyüməyə, pilləkənlərlə yuxarı çıxmağa hamını unutdu, sonra aşağı düşəndə heç bir dostunu tapa bilmədi". O pilləkənlə necə yuxarı çıxırsansa, ordan aşağı düşmək də var".
Milli.Az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında ilk qadın xalq şairi Mirvarid Dilbazinin qızı Xatirə Dilbazi deyib.
O daha sonra əlavə edib:
"Tünzalə Ağayeva anamın 17 şeirinə mahnı bəstələyib. Ona anamın kitabını da vermişəm. Demək olar ki, Tünzalə xanım anamın şeirlərinə yazılan mahnılarla tanınıb. İnsanlardan küsmək lazım deyil. Mən küsmürəm, incimirəm. Zəmanə indi başqa cür olub. İndiki dövrdə insanları geyim, pul, maşın maraqlandırır. Mənim anamı nə qızıl maraqlandırmayıb, nə də pul. Bir makinası var idi, oturub orada yazırdı. Anamın bütün əşyalarını mən Tarix Muzeyinə hədiyyə etmişəm. Özbək şairi anama 50 illik yubileyində bahalı bir vaza göndərmişdi. Bakıdakı zəlzələ zamanı həmin vaza yerə düşüb sındı. Amma həmin şəkil qalmışdı. Onu biz muzeyə verdik. "İstiqlal", "Şöhrət" ordenini Ulu Öndər Heydər Əliyev özü yaxasına taxıb. Bu dövlətin ona olan hörməti, diqqəti idi. Amma o həmişə özünü sadə aparıb. Biz o vaxt "Arşın mal alan"-da deyilən bu sözlər ki, var idi- "mən gedərəm o oğlana, onun pulu çox olsun, pulu çox olsun, dərdi-qəmi az olsun". Bu sözləri o vaxt başa düşmürdük. Üzeyir Hacıbəyov bu zəmanəni görüb yazıb sanki".
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





