Sağlamlıq

Uşaq şampanları ilə bağlı xəbərdarlıq

17 Dekabr 2025 03:03
Baxış: 319
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yeni il ərəfəsində mağazalarda parlaq etiketli uşaq şampanı diqqəti cəlb edir. Bir çox valideyn bu şirin və qazlı içkini bayram süfrəsinin əvəzolunmaz atributu hesab edir. Lakin rusiyalı pediatr Anastasiya Maltseva xəbərdarlıq edir ki, bu içki uşaqlar üçün tamamilə zərərsiz deyil.

Milli.Az xəbər verir ki, uşaq şampanında çoxlu şəkər, süni boyalar və konservantlar var.

"Tez-tez və ya nadir hallarda belə istifadəsi uşaqlarda artıq çəki, qan şəkərinin pozulması və gələcəkdə diabet riski yarada bilər. İçkinin tərkibindəki limon turşusu isə dişlərin sağlamlığına zərər verə, kariyes yarada bilər.

Uşaq şampanı həmçinin mədə-bağırsaq sisteminə təsir edə, qaz və turşular səbəbindən qıcıqlanma, həzm pozuntuları, ürək yanması və şişkinlik yarada bilər. Həssas uşaqlarda bu, qastrit və bağırsağın iltihabi reaksiyalarını də stimullaşdıra bilər", - pediatr söyləyib.

Süni boyalar və konservantlar allergik reaksiyalara səbəb ola bilər. Hətta bir dəfə istifadə belə dəri səpkisi, qaşınma və ya anafilaktik şokla nəticələnə bilər.

Maltseva valideynlərə tövsiyə edir ki, uşaq bayramı sağlam alternativlərlə, məsələn, evdə hazırlanmış kompot və ya meyvə şirələri ilə keçsin. Bu həm uşağın sağlamlığına zərər vermir, həm də vitaminlərlə zəngindir. Valideynlər unutmasın ki, uşaqlıqda formalaşan qida vərdişləri gələcəkdə sağlam həyatın əsasını qoyur.

İsmayıl
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.