FIFA The Best Awards 2025 mükafatlandırma mərasimi futbol dünyasının diqqət mərkəzində olub. Qətərin Doha şəhərində keçirilən tədbirdə ilin ən yaxşı futbolçuları və məşqçiləri bəlli olub. Gecənin əsas qalibləri PSJ-nin futbolçusu Usman Dembele və "Barselona"nın ulduzu Aitana Bonmati oldu.
Milli.Az xəbər verir ki, Usman Dembele 2025-ci ilin ən yaxşı kişi futbolçusu adına layiq görülüb.
Aitana Bonmati isə ardıcıl üçüncü il qadınlar arasında ilin ən yaxşı futbolçusu seçilib.
İngiltərə qadın futbol komandası - "Lionesses" üçün də mərasim uğurlu keçib. Sarina Viqman ilin ən yaxşı qadın məşqçisi seçilib.
Hanna Hempton isə ilin ən yaxşı qapıçısı mükafatını qazanıb.
Luis Enrike PSJ-ni Çempionlar Liqası qələbəsinə daşıdıqdan sonra ilin ən yaxşı kişi məşqçisi adına layiq görülüb.
Puskaş mükafatı gün ərzində açıqlanaraq "İndependiente"nin futbolçusu Santyaqo Montielə verilib.
2025 Marta mükafatı isə qeyri-adi "əks əqrəb zərbəsi" ilə yadda qalan Lizbet Ovalleyə təqdim olunub.
FIFA The Best Awards 2025 mərasimi futbol dünyasının ulduzlarını bir araya gətirərək ilin ən yaddaqalan idman hadisələrindən biri kimi tarixə düşüb.
Lalə Qüdrətova
Milli.Az





