Mixail Meyer vəfat etdi

20 Aprel 2022 15:24

Rusiyanın tanınmış türkoloqu, M.V Lomonosov adına Moskva Dövlət Universitinin Asiya və Afrika Ölkələri İnstitutunun prezidenti Mixail Meyer vəfat edib.

Milli.Az APA-ya istinadən bildirir ki, Rusiyanın türkologiya məktəbinin banilərindən biri, Osmanlı tarixi üzrə mütəxəssis professor Meyer 86 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Mixail Meyer qondarma erməni soyqırımının olmadığını, 1915-ci il hadisələrinə Osmanlı İmperiyasının faciəsi kimi yanaşmalı olduğunu bildirən elm adamı olub.

Milli.Az