İdman

Almeyda: “Azərbaycan çempionatında rəqabət yüksəkdir”

17 Dekabr 2025 00:29
Baxış: 290
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"İmişli" Premyer Liqanın XV turunda "Karvan-Yevlax"la heç-heçə edib - 1:1.

Milli.Az xəbər verir ki, "İmişli"nin futbolçusu Dioqo Almeyda "Futbolpress.az"a açıqlamasında oyunu şərh etdi:

"Çətin matç oldu. Düşünürəm ki, ümumi götürəndə biz daha yaxşı oynadıq, qol epizodları yaratdıq. Rəqib bir dəfə təhlükəli gəldi və o da qol oldu. Komandamız yaxşı oynamasına baxmayaraq, bir xalla kifayətləndi".

Komandasının yeganə qolunu vuran hücumçu hisslərini belə ifadə etdi:

"Əsas komandanın nəticələridir. Qollarla köməyim dəyirsə, nə xoş mənə. Lakin hər zaman ilk növbədə komandanın yaxşı nəticə qazanmasıdır. Qolu kimin vurmasının böyük önəmi yoxdur".

Almeyda komandanın I dövrədəki çıxışına toxundu:

"Məqsəd elitada qalmaqdır və məncə, düzgün yolda irəliləyirik. Yeni komanda olmağımıza baxmayaraq, nəticələrimiz qənaətbəxşdir. İmkanlarımız məhdud ola bilər, amma pis mübarizə aparmırıq. Maksimumu edib, daha yaxşı nəticələr üçün çalışacağıq. "Sumqayıt"la oyunda üç xal itirməsəydik, daha yaxşı yerdə ola bilərdik. Hər bir halda, dövrə üçün nəticələrimiz müsbət qiymətləndirilə bilər".

Portuqaliyalı futbolçu Premyer Liqada ona çətinlik yaradan müdafiəçilərdən söz açdı:

"Azərbaycan çempionatında rəqabət yüksəkdir. Hər komandaya qarşı oynamaq çətindir. Güclü müdafiəçilər var və indi kiminsə adını çəkib, fərqləndirmək istəmirəm. Burda kifayət qədər güclü müdafiəçilər oynayır".

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.