Dünya

ABŞ-dan Ukraynaya 800 milyonluq yardım

13 Aprel 2022 23:37
0 Şərh     Baxış: 1 061
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Ukraynanı helikopter və artilleriya ilə təchiz edəcək.

Milli.Az "report"-a istinadən bildirir ki, bu barədə Ağ Evin yaydığı press-relizdə deyilir.

Belə ki, ABŞ və Ukrayna prezidentləri Cozef Baydenlə Volodimir Zelenski arasında telefon danışığı zamanı Amerika lideri bu ölkəyə zirehli personal, artilleriya sistemləri və helikopterlər də daxil olmaqla əlavə hərbi yardım üçün 800 milyon dollar ayıracağını bildirib.

"Bu yeni yardım paketinə çox effektiv silah sistemləri, eləcə də Rusiyanın Ukraynanın şərqində başlayacağını gözlədiyimiz daha geniş hücuma uyğunlaşdırılmış yeni hərbi texnika daxil olacaq", - məlumatda qeyd edilir.

Bayden əlavə helikopterlərin təhvil verilməsini də təsdiqləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.