Dünya

Mariupolda hər yarım saatdan bir partlayış olur - VİDEO

11 Mart 2022 16:36
0 Şərh     Baxış: 1 040
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Milli.Az UNİAN-a istinadən bildirir ki, Rusiya qoşunları Mariupolun yaşayış məntəqələrini qadağan olunmuş silahlardan, Qradlardan və qaubitsalardan atəşə tuturlar.

Şəhərin meri Vadim Boyçenkonun sözlərinə görə, Mariupolda vəziyyət kritikdir, hər yarım saatdan bir partlayışlar olur.

"Aviasiya hər 30 dəqiqədən bir şəhərə daxil olur, yaşayış məntəqələrində işləyir, dinc əhalini - qocaları, qadınları, uşaqları qətlə yetirir. Bu gün Rusiya ordusunun böyüklüyü budurmu?", - Boyçenko deyir.

İnternetdə Rusiya artilleriyasının Mariupolun dinc əhalisinə atəş açmasının videosu yayılıb.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.