Dünya

Britaniya kəşfiyyatı: Rusiya Kiyevə yeni hücum planlaşdırır

11 Mart 2022 14:00
Baxış: 1 409
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Rusiyanın işğaldan əvvəlki planında qeyd olunan məqsədlərə uğurla nail olması barədə ehtimal çox azdır".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, Rusiya Quru Qoşunları məhdud irəliləyiş əldə edib və bu, belə davam edir.

"Maddi-texniki, logistik problemlər, Ukraynanın güclü müqaviməti Rusiyanın irəliləyişinə mane olur.

Rusiya çox güman ki, yaxın günlərdə öz qüvvələrini yenilənmiş hücum fəaliyyəti üçün bərpa etməyə və yenidən mövqe tutmağa çalışacaq. Bu, yəqin ki, paytaxt Kiyevə qarşı əməliyyatları əhatə edəcək", - məlumatda qeyd olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.