Dünya

Çində son bir ildə COVID-19-la bağlı rekord göstərici

7 Mart 2022 16:18
1 Şərh     Baxış: 794
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çində son sutka ərzində koronavirusa 769 yeni yoluxma halı aşkarlanıb ki, bu da 2020-ci ilin fevralından bəri qeydə alınan ən yüksək göstərici olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, son 7 gün ərzində simptomlu koronavirus xəstələrinin sayı orta hesabla 4,8 % artıb və 3 837 (simptomsuzlarla birgə 5 861) təşkil edir. Onlardan 11-i ağır vəziyyətdədir.

Çində indiyədək ümumilikdə 111,19 min nəfər koronavirusdan sağalıb. Ötən ilin yanvarın 25-dən ölüm halı qeydə alınmayıb. Pandemiyanın başladığı vaxtdan 4 636 nəfər COVID-19-un qurbanı olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.