Dünya

Rusiyada işləyən azərbaycanlılara pis xəbər: Ayda 5 min dollar...

6 Mart 2022 12:47
1 Şərh     Baxış: 23 385
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Mərkəzi Bankı maliyyə sabitliyini təmin etmək üçün fiziki şəxslər tərəfindən xaricə başqa şəxslərə və ya qohumlarına aylıq 5000 ABŞ dolları məbləğindən artıq bank köçürmələrini məhdudlaşdırmaq barədə qərar verib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Mərkəzi Bank məlumat yayıb.

Beləliklə, fiziki şəxslər tərəfindən bank vasitəsi ilə xaricə başqa şəxslərə və ya qohumlarına ay ərzində maksimum 5000 ABŞ dollar göndərilə bilər.

Qeyd edilib ki, Rusiya Mərkəzi Bankı valyuta bazarında artan volatilliyi nəzərə alaraq, maliyyə sabitliyinin təmin edilməsinə yönəlmiş əvvəllər qəbul edilmiş qərarlara əlavə olaraq, səlahiyyətli banklara təqvim ayı ərzində fiziki şəxslər-rezidentlər tərəfindən xaricə başqa şəxslərə və ya qohumlarına aylıq 5 min dollar məbləğindən artıq bank köçürmələrinin həyata keçirilməsini məhdudlaşdırmağı tapşırır.

Məhdudiyyətlərə bank hesabı açmadan köçürmələr və ya rezident fiziki şəxslərin hesablarından köçürmələr daxildir.

Tənzimləyicinin (Mərkəzi Bankın-red ) göstərişinə əsasən qohumların siyahısına ər-arvad və ya yaxın qohumlar, valideynlər və uşaqlar, baba, nənə və nəvələr, atadan bir və ya anadan bir qardaş və bacılar daxildir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.