Dünya

Konqresvumenin ABŞ polisləri barədə səhvi sosial şəbəkələrdə gülüşlə qarşılandı - VİDEO

11 Fevral 2022 16:02
0 Şərh     Baxış: 1 053
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının Corciya ştatından olan üzvü Marjori Taylor Qrin müsahibə zamanı Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin siyasətini tənqid edərkən "qazpaço" (İspan soyuq şorbası) və "gestapo" (Nasist Almaniyasında siyasi polis) sözlərini qarışdırıb.

"Bizim təkcə Kolumbiya dairəsinin QULAQ-ı olan Kolumbiya Dairəsi həbsxanamız yox, Nensi Pelosinin qazpaço polisi var, hansı ki, Konqres üzvlərinə, apardığımız qanunvericilik işlərinə, əməkdaşlarımıza və Amerika vətəndaşlarına qarşı casusluq edir", - deyə Qrin bildirib.

Bununla bağlı sosial şəbəkədə yayılan kadrlar istifadəçilər tərəfindən gülüşlə qarşılanıb.

"Bax, elə bu səbəbdən müsahibələr acqarına verilməməlidir", - deyə istifadəçilərdən biri deyib. Digəri isə mətbəxdə yemək bişirərkən qapının döyüldüyünü, gözlükdən baxdıqda isə bunun "qazpaço polisi" olduğunu gördüyünü  deyib.

Qeyd edək ki, Qrinin özü də baş verənlərə yumorla reaksiya verib: o, casusların "qulyaş"a (ingilis dilində bu söz "QULAQ" sözünə bənzəyir) düşəcəyi barədə zarafat edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.