Dünya

4 uşaq anasının meşədən çılpaq meyiti tapıldı - FOTO

3 Fevral 2022 12:36
0 Şərh     Baxış: 5 368
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kolumbiyada naməlum şəxs və ya şəxslər dörd uşaq anası Kelli Coana Tamayo Borquezi meşədə zorlayaraq lüt vəziyyətdə qoyub aradan çıxıblar. Hadisə yerinə gələn tibb qrupları başına daş dəyən qadının öldüyünü müəyyən ediblər.

Milli.Az xarici mediaya istinadən xəbər verir ki, qadının keçmiş əri şübhəli kimi axtarılır. 26 yaşlı Kellinin üzü tanınmaz hala düşüb. Qadının bibisi qardaşı qızının keçmiş sevgilisi tərəfindən davamlı olaraq təhdid edildiyini bildirib. Hala qətlin keçmiş sevgilisi tərəfindən törədilməsi ehtimalının olduğunu bildirərək həbsini tələb edib.

Ölkədə geniş əks-səda doğuran qətl hadisəsi ilə əlaqədar bütün polis idarəsi səfərbər edilib.

Anar Əli
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.