Dünya

Qadın işlədiyi bankdan yarım milyon oğurladı - FOTO

23 Dekabr 2021 10:36
0 Şərh     Baxış: 2 635
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Krasnoyarsk şəhərində 30 yaşlı Anna Qriqoryeva adlı qadın çalışdığı bankı soyub.

Milli.Az "bizim.media"-ya istinadən xəbər verir ki, hadisə dekabrın 6-da baş verib.
A.Qriqoryeva iş saatı başa çatandan sonra çantasına 15 milyon rubl (345 min AZN), 49 min dollar (83 min AZN) və 49 min avro (94 min AZN) dolduraraq işlədiyi bankdan çıxıb.

Təhlükəsizlik kameraları vasitəsilə bankın öz işçisi tərəfindən soyulduğu aşkarlandıqdan sonra, görüntülər polisə təqdim edilib. 

Ümumilikdə yarım milyon manatdan çox pul oğurlayan qadının axtarışlarına başlanılıb. Anna ilə əlbir olmaqda şübhəli bilinən əri də saxlanılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.