Dünya

Rusiyanın ən zəngin qadınlarından biri həbs olundu

18 Dekabr 2021 08:58
0 Şərh     Baxış: 1 030
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiyanın ən zəngin qadınlarından biri Olqa Mirimskaya həbs olunub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, qadın bankir İstintaq Komitəsinin əməkdaşına rüşvət verməkdə şübhəli bilinib.

Məlumata görə, Mirimskaya adı açıqlanmayan cinayət işində zərərçəkmiş kimi tanınması üçün İstintaq Komitəsinin Moskva vilayəti üzrə İdarəsinin əməkdaşına avtomobil bağışlayıb. Buna görə o, iki ay müddətinə həbs edilib.

Qeyd edək ki, Olqa Mirimskayanın sərvəti 100 milyon dollar qiymətləndirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.