Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 167 nəfər ölüb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün twitter səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib.
Nazirin yeni növ koronavirusla bağlı yayımladığı bugünkü cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 354 003 nəfərin test edildiyi, 18 100 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 25 664 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.
Qeyd edək ki, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 122 393 466 peyvənd tətbiq edilib ki, bunun 91,20 faizi birinci, 82,28 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.
Milli.Az